Avtomobil idxalı 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 526 ədəd və yaxud 88,7% (2 dəfəyə yaxın) çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13 145 ədəd və ya 1,9 dəfə artaraq 27 825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 090 ədəd və ya 1,7 dəfə artaraq 2 597 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











