Avtomobil istehsalçısı: sürücülər bu 3 avadanlıqdan imtina edirlər

Artıq mühərrikin iş rejimini özü seçmək istəyən sürücülərin sayı azalır. Eyni zamanda, müasir sürəttənzimləmə sistemlərinin hamısı avtomat ötürmə üçün nəzərdə tutulub. Eyni modeli həm mexaniki, həm də avtomat transmissiya ilə konveyerdə saxlamaq isə məhsulun maya dəyərini artırır. Bu da istehsalçıya sərf etmir.
Avtosfer.az xəbər verir ki, böyük şirkətlər əksər modellərinində mexaniki transmissiya tərtib etmir. “Hyundai”ın Avropa üzrə texniki direktoru Almaniya mediasına bildirib ki, artıq heç kimi mexaniki ötürməli avtomobillə maraqlanmır. Hətta bu belə transmissiyalı avtomobilləırin sevildiyi ABŞ-da 2024-cü ildə satılmış “Elantra” modellərinin cəmi 30 faizi mexaniki ötürməli olub.
Direktor sürücülərin xoşlamadığı digər avadanlıqlardan da danışıb. Onun fikrincə, indi mexaniki dayanacaq tormozunu (danışıqda - ruçnoy) yalnız yaşı 40-ı ötmüş sürücülər xoşlayırlar. Gənclər elektronik tormoza üstünlük verirlər.
Müasir sürücülər siferblatlı cihazlar lövhəsini də bəyənmirlər. Onların marağında olan rəqəmli indikatorlardır.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












