Avtomobil mühərrikinin gizli düşmənləri

Avtomobil mühərrikinin gücünün itirilməsinin ən çox rast gəlinən səbəbləri çirklənmiş drossel və köhnə alışdırma şamlarıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə gazeta.ru portalına açıqlamasında rusiyalı avtomobil eksperti Aleksandr Qoman danışıb.
"Mühərrikin effektivliyini azaldan ən geniş yayılmış səbəb çirkli drosseldir. Onu vaxtaşırı diqqətlə təmizləmək lazımdır. Köhnə alışdırma şamları da mühərrikin düzgün işləməsinə təsir edir. Belə halda avtomobil sanki "asqırır" və normal sürət yığa bilmir", - deyə mütəxəssis bildirib.
Ekspertin sözlərinə görə, mühərrikin kifayət qədər güc hasil etməməsinin digər səbəbi nasaz katalizatordur: "Katalizator tıxana və ya əriyə ola bilər. Bu, avtomobilin dinamikasını zəiflədir, yanacaq sərfiyyatını artırır. Həmçinin, avtomobil üçün nəzərdə tutulmayan benzin növündən istifadə də darqı gücünün itirilməsinə səbəb olur".
Qoman əlavə edib ki, güc aqreqatının zəifləməsi çox vaxt porşen halqalarının yeyilməsi nəticəsində baş verir:
"Bu zaman yağ sərfiyyatı artır, mühərrikdə kompressiya aşağı düşür və yağ nasosu səmərəli işləyə bilmir", - deyə o, qeyd edib.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












