Avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarının həcmi 4 ildə 5 dəfə artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarının həcmi son dörd ildə təxminən 5 dəfə artıb.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, 2020-ci ildə daşınan tranzit yüklərin həcmi 1,5 milyon ton, 2024-cü ildə isə 7,2 milyon ton təşkil edib.
Məlumata görə, 2021-ci ildə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarının həcmi 2,1 milyon ton olub. Bu isə 1 il əvvəlki göstərici ilə müqayisədə 41 % çox olub. 2022-ci ildə 4,1 milyon ton (+95%), 2023-cü ildə 6,4 milyon ton (+ 54 %) avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları həyata keçirilib.
Ötən il bu göstərici 7,2 milyon ton olub. Bu isə 2023-cü illə (6,4 milyon ton) müqayisədə 13 %-lik artım deməkdir.
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










