Avtomobil nömrələrini fantastik qiymətə satışa qoymaq olarmı?

Sosial şəbəkələrdə və internet satış portallarında avtomobil nömrələrinin çox baha qiymətlərə satıldığını görürük. Hətta 50-100 min manata qədər qiymətlərlə qarşılaşmaq mümkündür.
Bəs avtomobil nömrələrini fantastik qiymətə satışa qoymaq olarmı?
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, dövlət nömrə nişanlarının satışı ilə bağlı elanların əksəriyyəti həmin nömrələrin təhkim olunduğu avtomobillərin sahiblərinin xəbəri olmadan saytlara yerləşdirilir:
“Araşdırma zamanı məlum olur ki, əksər hallarda nömrə sahibinin bundan, ümumiyyətlə, xəbəri olmur. Bəziləri isə nömrələrin deyil, məhz həmin nömrələrin təhkim olunduğu avtomobillərin satışı ilə bağlı elan verdiklərini bildirirlər. Baş Dövlət Yol Polisi İdarəsi bir daha əhalinin diqqətinə çatdırır ki, bu cür elanlara inanmasınlar. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyin tələbinə əsasən, dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya sahibi tərəfindən digər şəxslərə satıla bilməz”
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunvericilikdə avtomobil qeydiyyat nömrələrinin satılması yoxdur:
“Bunu bazara çeviriblər və öz şəxsi nömrələrini satırlar. Nömrə satışının hüquqi yolu yalnız nəqliyyat vasitəsinin ələ keçirilməsi zamanı nömrənin də üzərində qalmasıdır. Yəni bu zaman nömrə saxlanıla, yaxud dəyişdirilə bilər. Bəzi şəxslər öz aralarında razılığa gəlirlər, avtomobil satılır və üzərində nömrə də satılır. Bu zaman nömrəni alan adam ondan başqa maşınlarda da istifadə edə bilir. Bildiyim qədərilə vətəndaşların bromda saxlatdırdıqları nömrələr olur ki, onları istədikləri kimi istifadə edirlər. Nömrəni saxlayır, sonra da gedib deyirlər, həmin nömrəni hansısa avtomobilə keçirsinlər. İndi ona da qadağa qoyulub. Artıq o prosedurlar həyata keçirilmir”.
Ekspert bildirib ki, bu alverin içərisində həm də fırıldaqçılıq var:
“Necə ki kirayə ev adı ilə elan qoyub beh alaraq fırıldaqçılıq edirlərsə, bu sahədə də fırıldaqçılıq edilir. Dələduzlar beh aldıqdan sonra yoxa çıxırlar. Diqqətli olmaq lazımdır, dəfələrlə belə hallarla bağlı müraciətlər olub. Eyni zamanda, tamam başqa birinə məxsus olan nömrələr də satışa qoyulur. Belə hallar da var, biz bir dəfə Baş Dövlət Yol Polisi İdarəsi ilə bunu monitorinq etdik. Məlum oldu ki, belə fırıldaqçılıq əməlləri də var”.(trend.az)
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










