Avtomobil oturacaqları üçün seçilən aksesuarlarla bağlı XƏBƏRDARLIQ

Mütəxəssislər sürücüləri avtomobil oturacaqları üçün seçilən aksesuarlarla bağlı ehtiyatlı olmağa çağırır. Avtosfer.az-ın məlumatına görə, bu barədə nəqliyyat təhlükəsizliyi eksperti Orxan Musayev “yenisabah”a bildirib ki, bir çox avtomobillərdə yan oturacaq hava yastıqları birbaşa oturacağın içində yerləşir və qəza zamanı saniyələr içində yan divardan partlayaraq açılır.
Onun sözlərinə görə, bəzi hallarda bu sistemin fəaliyyəti sürücünün sonradan quraşdırdığı üzlük ucbatından bloklanır:
“Əgər oturacaqların üzərinə qeyri-elastik və sərt materialdan hazırlanan örtük çəkilərsə, bu, qəza zamanı hava yastığının açılmasına mane ola bilər. Yəni bu, insan həyatı üçün təhlükə yaradır. Üzlüyün oturacağa uyğun olub-olmaması yalnız materialın keyfiyyətindən deyil, həm də həmin modeldə hava yastığı ilə uyğunluqdan asılıdır. Məhz buna görə üzlük seçərkən elə variant seçilməlidir ki, hava yastığı ehtiyac yaranan anda üzlüyü rahatlıqla yarıb aça bilsin,” – deyə ekspert vurğulayıb. pizza hut
Orxan Musayev bildirib ki, bazardakı ucuz, uyğunluq sertifikatı olmayan və s. materiallardan hazırlanmış üzlüklər hava yastığının fəaliyyətinə ciddi şəkildə mane ola bilər:
“Qəza zamanı yandan dəyən zərbələrdə hava yastığı açılmadıqda sərnişin birbaşa avtomobilin qapısına və ya sütununa çırpılır. Bu, ağır travmalar və ya ölümlə nəticələnir. Təcrübədə bu cür hallar olub. Qəzadan sonra aparılan texniki təhlillər göstərib ki, təhlükəsizlik sistemi sırf oturacaq üzlüyünün maneəsi ucbatından işə düşməyib”.
Ekspert əlavə edib ki, avtomobilin təhlükəsizlik sisteminə müdaxilə edən istənilən əlavə aksesuar – istər estetik görünüş məqsədilə olsun, istər rahatlıq üçün – ciddi risk yaradır:
“Estetik görünüş təhlükəsizlikdən üstün ola bilməz”.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










