Avtomobil sahiblərinə XƏBƏRDARLIQ - Ehtiyat hissələrində gizli TƏHLÜKƏ

Müasir dövrdə avtomobil sahibi olmaq yalnız nəqliyyat vasitəsinə sahib olmaq deyil, həm də ona daimi texniki qulluq göstərmək məsuliyyətini daşımaq deməkdir. Xüsusilə ehtiyat hissələrinin dəyişdirilməsi zamanı avtomobil sahibləri tez-tez çətin seçim qarşısında qalırlar: orijinal məhsul almaq, yoxsa daha ucuz, lakin mənşəyi məlum olmayan alternativlərə yönəlmək.
Avtosfer.az xəbər verir ki, qiymət baxımından cazibədar görünən bəzi detallar, əslində, uzunmüddətli perspektivdə ciddi texniki problemlərə və əlavə xərclərə səbəb ola bilər. Təəssüf ki, bir çox sürücü ödədiyi məbləğin əvəzində keyfiyyətli məhsul əldə etdiyini düşünsə də, reallıq hər zaman belə olmur.Satılan ehtiyat hissələrinin təxminən 30 faizi şübhəli mənşəyə malikdir və bu, ciddi narahatlıq doğurur.
Rusiyalı avtomobil mütəxəssisi Konstantin Liqaçovun sözlərinə görə, hətta avtomobil istehsalçısının brendi altında təqdim olunan detallar belə keyfiyyətcə fərqli ola bilər. O bildirir ki, qablaşdırmada tanınmış brendin loqosunun olması həmin məhsulun mütləq yüksək keyfiyyətli olduğu anlamına gəlmir.
Ekspertin fikrincə, əsas məsələ ehtiyat hissəsinin haradan alındığıdır. Rəsmi dilerlərdən alınan məhsullar adətən sertifikatlı olur, zəmanətlə təchiz edilir və sabit keyfiyyətə malik olur. Lakin bazarlarda və kiçik mağazalarda vəziyyət tam fərqlidir, burada məhsulun keyfiyyəti daha çox təsadüflərdən asılıdır.
Avtomobilinizin uzun ömürlü və etibarlı olmasını istəyirsinizsə, yalnız rəsmi və etibarlı mənbələrdən alınmış orijinal hissələrə üstünlük verməyiniz tövsiyə olunur.(milli.az)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












