Avtomobildə açıq pəncərələrə görə baş verə biləcək 6 xoşagəlməz hal

Pəncərəni açan kimi dərhal zərərli maddələrlə nəfəs almağa başlayırıq. Hər nəfəs aldıqda ağciyərlərinizə işlənmiş qazların, rezin qalıqlarının, əyləc yastıqlarının və yol örtüyünün tozlarının qarışığından ibarət hava dolur.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə "Za Rulem" jurnalının avtomobil üzrə eksperti Mixail Kolodoçkin xəbərdarlıq edib.
O, avtomobildə pəncərələrin açıq olması nəticəsində baş verə biləcək xoşagəlməz halları sadalayıb və bildirib ki, yuxarıda sadalanan hallarda salon filtrinin heç bir faydası yoxdur.
"Bundan başqa, açıq pəncərələr vasitəsilə avtomobilin salonuna həşəratlar daxil ola bilər. Sürücü onlardan canını qurtarmağa çalışarkən diqqəti yayına bilər və bu da qəza riskini artırır", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, başqa bir təhlükəli vəziyyət yolayrıcında dayanmış avtomobilə yaxınlaşan naməlum şəxslərlə bağlıdır.
"Belə şəxslər sürücünü təhrik etməyə çalışırlar - məsələn, avtomobilin salonuna tüpürürlər. Məqsəd sürücünü maşından çıxarmağa məcbur etməkdir. Bu zaman digər bir şəxs avtomobilə minib onu qaçırır".
Daha bir narahatlıq hava burulğanlarıdır:
"Açıq pəncərələrdə yaranan səslər sürücünü və sərnişinləri yorur. Bir neçə dəqiqəlik səs-küylü sürüş belə, səssiz salonda bir saatlıq gediş qədər yorucu ola bilər".
Ekspert bildirib ki, əgər avtomobil qəza keçirərsə, pəncərələr bağlı olduqda, sürücü və sərnişinlərin şüşə qırıntılarından zədələnmək ehtimalı daha az olur, şüşə zərbənin bir hissəsini üzərinə götürür.
Unutmaq olmaz ki, açıq pəncərələrlə hərəkət edən avtomobil, pəncərələri bağlı və kondisioneri işləyən avtomobillə müqayisədə 3-10% daha çox yanacaq sərf edir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












