Avtomobildə yağ səviyyəsini necə düzgün yoxlamaq lazımdır?

Karterdə yağ səviyyəsinin aşağı olması mühərriki dərhal söndürməyin və texniki yardım çağırmağın ən əsas səbəbidir.
Avtosfer.az xəbər verir ki, əgər mühərrikdə yağ az olarsa, alətlər panelində qırmızı xəbərdarlıq lampası yanacaq və sürücü başqa üsulla da xəbərdar ediləcək.
Yağın karterdə səviyyəsini düzgün yoxlamaq mühərrikin uzunömürlülüyü üçün çox vacibdir.
Əgər yağ azdırsa, bu, iki halda təhlükə yaradır:
• Birinci hal – hissələrin sürətlə yeyilməsi və qəfil mühərrik dayanması.
• İkinci hal – artıq yanma və sızmalar nəticəsində yağ itkisi.
Buna görə də yağ səviyyəsini mütəmadi və vaxtında yoxlamaq lazımdır.
Necə düzgün yoxlamaq olar?
1. Mühərriki qızdırmaq vacib deyil. Həm isti, həm də soyuq halda yoxlamaq olar. Əgər mühərrik işləyib qızıbsa, onu söndürdükdən sonra 3–5 dəqiqə gözləmək lazımdır ki, yağ bütün kanallardan karterə axsın.
2. Mühərrik işləyərkən yoxlamaq olmaz.
3. Avtomobili düz səthdə saxlayın. Əyilmiş səthdə göstəricilər səhv ola bilər.
4. Kapot açın və yağ çubuğunu (şup) tapın. O, adətən parlaq plastik dəstəklə olur.
5. Çubuğu çıxarın və alt ucunu təmiz parça, salfet və ya kağız dəsmalla silin.
6. Çubuğu yenidən yerinə tam daxil edin və sonra çıxarın.
7. Səviyyəni yoxlayın. Çubuqda MIN və MAX işarələri var. Yağ onların arasında olmalıdır.
Normal mühərriklərdə yayda səviyyəni MAX-a yaxın, qışda isə MIN-ə yaxın saxlamaq məsləhətdir.
Əgər mühərrik yağ “yeyirsə”, onda hər zaman MAX səviyyəsinə yaxın saxlamaq yaxşıdır.
Beləliklə, yağ səviyyəsini yoxlamaq sadə prosesdir, amma vaxtında edildikdə mühərriki bahalı nasazlıqlardan qoruyur.(lent.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












