Avtomobilimizi soyuq havalara necə hazırlayaq?

Kəskin istilərdən sonra avtomobillərin payız-qış mövsümünə hazırlığı vacibdir. Bir çox sürücülər buna əhəmiyyət verməsələr də, havalar soyuyanda sürücülərin bir sıra problemlərlə qarşılaşması qaçılmaz olur. Bəs avtomobilini payız-qış aylarına hazırlamaq nə deməkdir və nələrə diqqət yetirmək lazımdır?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın əməkdaşı avtomobil ustası Cavid Əliyevlə danışıb.
Ustanın sözlərinə görə, qarlı və yağışlı havalarda avtomobildə nasazlığın yaranmasının qarşısını almaq üçün ilk növbədə avtomobilin şassisində "şarovoy"lar yoxlanılmalıdır: "Bundan başqa, mühərrik üçün nəzərdə tutulan yağların dəyişdirilməsi çox vacibdir. Ümumiyyətlə, avtomobillər hər 15 min kilometrdən bir texniki yoxlanışdan keçməlidir. Həmçinin, avtomobillərdə istifadə edilən antifrizin də dəyişdirilməsi məsləhət görülür. Bu, soyuq havalarda mühərrikin donmasının qarşısını alır".
C.Əliyev bildirib ki, yay aylarında avtomobildəki kanalizasiya boruları tutulur və bunlar təmizlənməlidir. "Payız-qış aylarında avtomobilin təkərlərinin də yaxşı vəziyyətdə olması əsas amildir. Elə təkərlər var ki, dörd mövsüm üçün nəzərdə tutulub, elələri də var, ya qış, ya da yay üçündür. Əgər təkərlərin havaları düz vurulsa, bu, benzin sərfiyyatına təsir edəcək. Misal üçün, yay aylarında sedan tipli avtomobillərdə təkərlərdə 1,2-2 atmosfer hava olursa, qışda bu rəqəm 2,1-2,2 olmalıdır".
Bununla yanaşı, usta qeyd edib ki, avtomobildə olan rezin detalların dəyişdirilməsi də mütləqdir: "İsti havalarda rezinlər quruyur və soyuqlar olduqda bu, özünü daha çox büruzə verir, avtomobillərdən müxtəlif xoşagəlməz səslər gəlir".
Usta əlavə edib ki, bu kimi məsələlərə əməl edilmədiyinə görə yağışlar yağan kimi sexin qarşısı nasaz avtomobillərlə dolu olur: "Kimsə avtomobilin mühərrikinin qaynatdığını deyir, kimsə də avtomobildən gələn müxtəlif səslərdən və digər məsələlərdən şikayət edir. Vaxtında texniki yoxlanışdan keçib problemləri həll etsələr, soyuq havalarda əziyyət çəkməzlər".
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ










