Banner

Avtomobilin nömrəsi itərsə, eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO

Avtoxəbər 30 Oktyabr 2026 11:30
Avtomobilin nömrəsi itərsə, eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR?  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Avtomobilin nömrəsi itərsə, sürücü nə qədər pul ödəməlidir?

Avtomobilin dövlət qeydiyyat nişanı itdikdə sürücülər yeni nömrənin alınması üçün nə qədər rüsum ödəməli olduqlarını bilməlidirlər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət bildirib ki, qanunvericilikdə itirilmiş dövlət qeydiyyat nişanının eyni nömrə ilə yenidən alınması nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, nömrə itdikdə sürücü bununla bağlı müraciət edərək yeni dövlət qeydiyyat nişanı ala bilər.

Standart dövlət qeydiyyat nişanının verilməsi üçün 30 manat rüsum ödənilir. Yeni nömrə alındıqda avtomobilin qeydiyyat şəhadətnaməsi də dəyişdirilir. Bunun üçün əlavə 30 manat rüsum tələb olunur.

Beləliklə, hər iki xidmət üçün ümumilikdə 60 manat dövlət rüsumu ödənilməlidir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228339.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 286
ŞƏRH YAZ
Ad

E-mail

Şərh