Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu

Yanacaq xərcləri, xüsusilə neft və yanacağın qiymətinin artdığı indiki dövrdə, bir çox ev təsərrüfatları üçün büdcənin əsas maddələrindən birinə çevrilib. Belə şəraitdə gündəlik yanacaq sərfiyyatını azaltmağın yollarını bilmək həm maliyyə baxımından qənaət, həm də ətraf mühitin qorunması baxımından son dərəcə vacibdir.
Avtosfer.az xəbər verir ki, pravda.ru-nun avtomobil ekspertləri yanacaq sərfini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək faydalı və praktik məsləhətləri bölüşüblər. Onları təqdim edirik:
Müntəzəm texniki baxış
Mühərrikin düzgün sazlanması, yağ səviyyəsinin yoxlanması və hava filtrinin təmizlənməsi yanacaq sərfiyyatını azaldır.
Sürətin azaldılması
Məsələn, magistralda 130 km/saat əvəzinə 120 km/saatla hərəkət etmək yanacaq sərfini 100 kilometrə 3.5-4.5 litrə azalda bilər.
Sakit və planlı sürmə
Kəskin sürətlənmə və qəfil dayanma yanacaq sərfini artırır. Mümkün olduqca mühərriki söndürüb və kruiz-kontrol istifadə etmək tövsiyə olunur.
Təkərlərin təzyiqinə nəzarət
Aşağıtəzyiqli təkərlər mühərriki daha çox işləməyə məcbur edir. Təzyiqi hər 2 ayda bir yoxlamaq lazımdır.
Kondisionerin az istifadəsi
Kondisioner yanacaq sərfini 10%-dək artırır. Əvvəl pəncərələri açıb havanı dəyişmək, sonra cihazı işə salmaq tövsiyə olunur.
Əlavə avadanlıqdan imtina
Dam baqajı və digər aksesuarlar aerodinamik müqaviməti artıraraq yanacaq sərfini yüksəldir.
Şəhərdaxili ağıllı sürmə
Qəfil dayanmalar və tıxaclardan qaçmaq üçün hərəkəti qabaqcadan planlaşdırmaq faydalı ola bilər.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












