Avtomobilinin lampaları led olan sürücülərin nəzərinə: Cərimə olunurlar

“İstər avtomobilə sonradan quraşdırılan led lampalar, istərsə də zavod istehsalı olan bu cür müasir işıqlandırma sistemi qaydaların pozulması deməkdir. İnzibati Xətalar Məcəlləsində bunun üçün cəza tədbiri nəzərdə tutulub və cəriməsi var. Əsasən, stasionar postlarda bu kimi sürücülərlə bağlı tədbirlər görülür. Bu qayda pozuntusudur və qayda pozuntusu olan sürücünü Yol Patrul Xidməti əməkdaşı istənilən qədər saxlada, ona cərimə tətbiq edə bilər və etməlidir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Ekspert bildirib ki, led işıqlandırma kifayət qədər qəzaların yaranmasına, insanlarda narahatlığa səbəb olur: “Sürücülər gündüz vaxtı duman olmadığı halda duman işıqlarını yandırırlar. Həmçinin istər uzaq, istərsə də yaxın işıqlara güclü lampalar qoşurlar. Bu, qarşıdan gələn sürücüyə mənfi təsir göstərir, həm də görmə məhdudiyyəti, gərginlik, qəza şəraiti yaradır. Bütün bunların hamısına qarşı polis vaxtaşırı tədbirlər, reydlər keçirir”.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












