Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəb xırda detallar ola bilər

Son zamanlar avtomobil sahibləri arasında yanacaq sərfiyyatının artması ilə bağlı narahatlıqlar çoxalıb. Mütəxəssislər bildirirlər ki, bu problem hər zaman iri texniki nasazlıqlarla bağlı olmur. Bəzən səbəb sürücülərin diqqət yetirmədiyi xırda, lakin mühüm detallarda gizlənir.
Avtosfer.az xəbər verir ki, Pravda.ru-da dərc olunan materialda yanacaq sərfini artıran əsas amillər və onların aradan qaldırılması yolları açıqlanıb.
1. Çirklənmiş filtrlər
Hava və yanacaq filtrlərinin tıxanması mühərrikin yanacaq-hava qarışığını düzgün formalaşdıra bilməməsinə səbəb olur. Bu isə sərfiyyatın artmasına gətirib çıxarır.
Həll yolu: Hava filtri texniki baxışa uyğun olaraq, yanacaq filtri isə benzinlə işləyən avtomobillərdə 40 min, dizellərdə isə 10 min kilometrdən bir dəyişdirilməlidir.
2. Səhv işləyən sensorlar
Hava axını və soyuducu mayenin temperaturunu ölçən sensorların nasazlığı mühərrikin normadan artıq yanacaq sərf etməsinə səbəb ola bilər.
Həll yolu: Avtomobili diaqnostikadan keçirmək və problem aşkarlanarsa, sensorları dəyişmək məsləhətdir.
3. Köhnəlmiş şamlar
Zədələnmiş və ya sönük şamlar yanacağın tam yanmasına mane olur.
Həll yolu: Mis və nikel şamlar 30-50 min, platin və iridium şamlar isə 100 min kilometrə qədər dəyişdirilməlidir.
4. Təkərlərdə hava çatışmazlığı
Az hava ilə doldurulmuş təkərlər mühərrikin daha çox işləməsinə səbəb olur.
Həll yolu: Təkərlərin təzyiqi mütəmadi yoxlanılmalıdır.
5. Təkər bucaqlarının pozulması (sxod-razval)
Təkərlərin maililiyinin düzgün olmaması avtomobilin hərəkətinə müqaviməti artırır.
Həll yolu: İldə bir dəfə təkərlərin geometriyasını yoxlatmaq tövsiyə olunur.
6. Əyləc sistemində nasazlıq
Əyləclərin sıxılmış vəziyyətdə qalması avtomobilin daimi yüklə hərəkət etməsinə səbəb olur.
Həll yolu: Xüsusilə qışdan sonra əyləc sisteminin tam yoxlanılması vacibdir.
7. Aqressiv sürücülük tərzi
Tez-tez qaz verib əyləcləmək təkcə yanacaq deyil, digər hissələrin də tez sıradan çıxmasına səbəb olur.
Həll yolu: Sakit və ölçülü sürücülük daha qənaətcil sayılır.
8. Mühərrik yağı
Vaxtı keçmiş və ya keyfiyyətsiz mühərrik yağı avtomobilin daha çox yanacaq işlətməsinə yol açır.
Həll yolu: Yalnız istehsalçının tövsiyə etdiyi yağı istifadə etmək və vaxtında dəyişmək lazımdır.
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB
Maşın almaq istəyənlərə VACİB XƏBƏR - Ən sərfəli modellər
Bakını qorxuya salan “Qara Volqa”- SSRİ dövrünün ən sirli qarəti necə açıldı? - FOTO










