Avtomobillə Hollivud tryukları: TƏKRARLAMAĞA DƏYƏRMİ? - FOTO

ABŞ filmlərində biz avtomobillə bağlı bir çoxumuzun təkrar edə bilməyəcəyi hallarla rastlaşmışıq. Məsələn, avtomobil pulemyotdan atəşə tutulur, lakin güllələrin hamısı sürüşüb gedir. Sanki hədəfə alınan avtomobil deyil, tankdır. Yaxud maşın hündürlükdən atılır, heç nə olmur.
Avtosfer.az xəbər verir ki, bu tryuklar xüsusi hazırlıanmış maşınlarla həyata keçirilir və kompüter vasitəsi ilə effektlər əlavə olunur. Reallıqda tapança gülləsi yaxın məsafədən kapotu deşir. Güllə radiatora dəydikdə isə mühərrik bir neçə dəqiqədən sonra qızıb yapışacaq.

Yanacaq çəninin alışması isə ümumiyyətlə sensasiyadır. Kimya qanunlarına görə partlayış və yanma üçün böyük miqdarda hava tələb olunur. Yanacaq çənində isə hava lazımi həcmdə ola bilmir. Bak deşildikdə isə təzyiq azalır, elektrikli yanacaq nasosu 1 saniyədən də az vaxtda yanacağın mühərrikə ötürülməsini dayandırır. Yola dağıldıqda belə, benzin dərhal alovlanmır. Bunun üçün də filmlərdə kənardan “kömək” lazım gəlir.
Ən vacib məsələ isə sürücülərin bu tryukları təkrar etməməsidir. Xüsusi hazırlıq keçməyən şəxs bunu təkrarlamaqla özünü və başqalarını təhlükədə qoya bilər.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












