Avtomobillərin təmir xərcini artıran səbəblər - FOTO

Maşınların təmir xərclərinin artmasından çox adam şikayət edir. Bu, təkcə Azərbaycana xas olan məsələ deyilmi. Dünyada ilk avtomobilin icad edildiyi və hazırlandığı Avropada da vəziyyət fərqli deyil.
Avtosfer.az xəbər verir ki, Almaniyanın sığortaçılar assosiasiyası GDV avtomobillərin təmir xərclərini araşdırıb. Müxtəlif Avropa modellərinin cəlb olunduğu tədqiqatda məlum olub ki, təkcə 1 ildə sığortaçıların təmir xərcləri 4,5 faiz artıb. 10 il ərzində isə ehtiyah hissələri 75 faiz bahalaşıb.
Assosiasiya bunu detalların və işçi qüvvəsinin bahalaşması ilə izah edir.

Bundan əlavə, avtomobillərin kosnstruksiyasının mürəkkəbləşməsi də sığortaçıların ziyanına işləyir. Əgər köhnə modellərdə bir bamperin təmiri maksimum 3 saata başa gəlirdisə, indiki modellərdə bəzən 1 iş günü tələb olunur.
Assosiasiyanın proqnozuna görə Avropada 2030-cu ilədək ənənəvi avtomobillərin sığorta qiyməti 40 faiz, elektromobillərin isə 2 dəfə arta bilər.
Sığortaya aid olmayan, avtomobil sahiblərinin özlərinin həyata keçirdiyi təmir işləri də ciddi bahalaşıb.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












