Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər - VİDEO

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, utilizasiya prosesi çərçivəsində köhnə və yararsız avtomobillər paytaxt Bakı ilə bərabər bir müddətdir Gəncə şəhərində də qəbul edilir. Lakin rayonlarda yaşayan insanlar qeyd olunan ünvanlara köhnə avtomobillərini təqdim etmək üçün müəyyən çətinliklər və əlavə xərclərinin çıxdığını bildirirlər.
Bölgələrdə yaşayan sürücülərin sözlərinə görə, utilizasiya qəbul məntəqələrinin sayının artırılaraq rayonlarda da olması bu prosesi sürətləndirəcək.
Utilizasiya üçün qəbul məntəqələrinin bölgələrdə olmaması bu işlə məşğul olan bəzi işbazlar üçün də fürsət yaradır. Onlar nəqliyyat vasitələrini sahiblərindən qəbul məntəqəsində verilən puldan dəfələrlə ucuz qiymətə alırlar.
Ekspertlər bildirirlər ki, nəqliyyat vasitələrinin utilizasiyası qəbul məntəqələri tələbata uyğun olaraq açıla bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












