Azərbaycan avtomobil idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 443 milyon 619 min ABŞ dolları dəyərində 21 min 120 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28 % az və 37,5 % azdır. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 96,8 % artaraq 305 ədəd (53,654 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40,7 % azalaraq 18 287 ədəd (341,249 milyon ABŞ dolları dəyərində) təşkil edib. Bu avtomobillərin 1 942-si (42,241 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 5 760-ı (123,664 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 404-ü (10,693 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 3,1 dəfə, ikincinin 31,2 %, üçüncünün isə 33,7 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 11,3 % azalaraq 2 318 ədəd (21,625 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,5 % artaraq 210 ədəd (27,091 milyon ABŞ dolları dəyərində) olub.
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB
Maşın almaq istəyənlərə VACİB XƏBƏR - Ən sərfəli modellər
Bakını qorxuya salan “Qara Volqa”- SSRİ dövrünün ən sirli qarəti necə açıldı? - FOTO
Etibarnamələrin sayı sığorta qiymətini artırır? - Ekspertdən CAVAB
İcbari avtomobil sığortasında YENİ QAYDALAR - Sürücüləri hansı dəyişikliklər gözləyir?
2026-cı ilin avtomobilində saxta mexaniki ötürmələr qutusu
Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə!
Azərbaycanda "Chevrolet Cobalt" istehsal ediləcək
"Porsche" Almaniyada daha 4 min işçisini ixtisar edə bilər










