Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 min 926 ədəd avtomobil ixrac edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 2 dəfəyə yaxın azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 5 ayı ərzində Gürcüstan xarici ölkələrə 734,6 milyon ABŞ dolları dəyərində 29 min 297 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 25 % və 24 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 340 milyon ABŞ dolları dəyərində 8 min 524 ədəd, Qazaxıstana 164 milyon ABŞ dolları dəyərində 10 min 439 ədəd, İrana 44 milyon ABŞ dolları dəyərində 2 min 519 ədəd, Tacikistana 39 milyon ABŞ dolları dəyərində 2 min 356 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












