Azərbaycan-İran sərhədində YENİLİK: Avtomobillər üçün yeni marşrut açıldı

Ərdəbil Azad İsqisadi Bölgəsinin Biləsuvar gömrüyü avtomobillərin rəsmiləşdirilməsi üçün icazəli gömrük məntəqələrindən biri kimi təsdiq edilib. Avtosfer.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu barədə İran hökuməti yeni qərar qəbul edib. Qərara əsasən, İran və Azərbaycan sərhədindən avtomobil idxalı üçün yeni marşrut aktivləşdirilib. Bu addım avtomobil idxalına qoyulan şərti məhdudiyyətlərin yumşaldılmasından və xarici avtomobillərə artan tələbatdan sonra atılıb. İran rəsmiləri bildirirlər ki, məqsəd idxal prosesini sürətləndirmək, gömrük məntəqələrində yükü azaltmaq, nəqliyyat və anbar xərclərini aşağı salmaqdır. Yeni marşrutun açılması ilə avtomobillərin gömrükdən buraxılış sürətinin artacağı, anbar imkanlarının daha effektiv istifadə olunacağı və bəzi əməliyyat xərclərinin azalacağı gözlənilir. Biləsuvar gömrüyü Qafqaz ticarət marşrutlarına və Azərbaycanla sərhədə yaxınlığı səbəbilə İranın şimal-qərb ticarətində strateji əhəmiyyət daşıyır.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












