Azərbaycan yollarında hansı Çin markası liderdir? – Markalar üzrə SİYAHI

Azərbaycanda Çin markalı minik avtomobillərinin sayı son illərdə sürətlə artmaqdadır. Xüsusilə 2025-ci ildən 2026-cı ilin əvvəlinə keçid dövründə bir sıra Çin istehsalçılarının avtomobilləri ölkə yollarında kəskin çoxalıb. Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, ən böyük artım “Changan” markasında qeydə alınıb. Belə ki, 2026-cı ilin 1 yanvar tarixinə ölkədə bu markadan olan minik avtomobillərinin sayı 38 784 ədədə çatıb. Bu isə əvvəlki illə müqayisədə 29 834 ədəd və ya 333.3% artım deməkdir. Marka hazırda Azərbaycandakı bütün minik avtomobilləri arasında TOP100 siyahısında 11-ci yerdə qərarlaşıb.
Sürətli artım nümayiş etdirən digər marka isə BYD olub. Ölkədə BYD markalı minik avtomobillərinin sayı bir il ərzində 4 083-dən 19 799-a yüksəlib. Bununla da marka 15 716 ədəd və ya 384.9% artım göstərib və ümumi sıralamada 16-cı yerə yüksəlib.
“Geely“ markalı avtomobillərin sayı 47.1% artaraq 3 652 ədədə, Haval markalı avtomobillərin sayı isə 24.2% artaraq 3 298 ədədə çatıb. Chery markasında artım daha məhdud olub və avtomobillərin sayı 3 178 təşkil edib.
Eyni zamanda BAIC, “Dongfeng“, GAC və JAC kimi markalarda da yüksək artım müşahidə olunub. Xüsusilə “Dongfeng” markalı avtomobillərin sayı bir il ərzində iki dəfə artaraq 1 114-ə yüksəlib, JAC markasında isə artım 255% olub.
Bununla yanaşı, bazarda artım tempinin zəiflədiyi markalar da var. MG markalı avtomobillərin sayı cəmi 4.8%, Great Wall Motors markasında isə 1.4% artıb.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?













