Azərbaycana 2 milyard dollarlıq maşın gətirilib

2025-ci ildə Azərbaycana 123.319 nəqliyyat vasitəsi idxal edilib ki, bu da 2024-cü illə müqayisədə 34,3% artım deməkdir.
Avtosfer.az-ın Ölkə.az-a istinadən məlumatına görə, idxal edilən nəqliyyat vasitələrinin ümumi dəyəri 2.386.505.030 ABŞ dolları (artım 29,4%) təşkil edib.
Nəqliyyat vasitələrinin ən böyük payı minik avtomobilləri və sərnişin daşınması üçün nəzərdə tutulmuş digər motorlu nəqliyyat vasitələri olub - 113.840 ədəd (artım 38,1%), ümumi dəyəri 2.142.022.820 ABŞ dolları (artım 36,7%) təşkil edib.
Xüsusilə hesabat dövründə 73.678 hibrid nəqliyyat vasitəsi idxal edilib (artım 2,8 dəfə), dəyəri 1.428.225.670 ABŞ dolları (artım 2,1 dəfə).
Bundan əlavə, son bir ildə idxal edilən elektrikli nəqliyyat vasitələrinin sayı 2028 ədəd (33% azalma) təşkil edib ki, bu da 62.485.910 dollar (1,9 dəfə azalma) dəyərindədir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












