Azərbaycana ən çox hansı ölkələrdən avtomobil idxal olunur? - EKSPERT AÇIQLADI

“Son illərdə Azərbaycana avtomobil idxalında ciddi artım müşahidə olunur və bu idxalın əsas hissəsi bir neçə ölkənin payına düşür. Ən çox avtomobil gətirilən ölkələr sırasında Yaponiya, Cənubi Koreya, Almaniya, Çin və ABŞ xüsusi yer tutur". Bu sözləri texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, xüsusilə son dövrlərdə Yaponiyadan hibrid və elektrik mühərrikli avtomobillərin idxalında artım qeydə alınıb. Bu isə həm yanacaq sərfiyyatına qənaət, həm də ekoloji amillərlə bağlıdır: "Çin istehsalı avtomobillər də bazarda getdikcə daha çox yer almaqdadır. Bunun səbəbi həm münasib qiymət, həm də son texnoloji yeniliklərin tətbiqidir. Almaniyadan idxal olunan avtomobillər isə daha çox premium və lüks seqmentə aiddir. Eyni zamanda, ABŞ və Koreya brendləri də xüsusilə orta təbəqənin üstünlük verdiyi modellərdir.
Avtomobil idxalına təsir edən əsas amillər arasında gömrük rüsumları, yanacaq növləri, avtomobilin texniki göstəriciləri və ölkədaxili tələbat mühüm rol oynayır. Ölkəmizdə avtomobil parkının yenilənməsi və ekoloji təmiz nəqliyyat vasitələrinə keçid istiqamətində atılan addımlar da idxal coğrafiyasına və strukturuna təsir edir".(sia.az)
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










