Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb

Milli Məclisin iclasında “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin 1-ci oxunuşda müzakirəsi keçirilib. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gömrük ərazisinə daxil olan nəqliyyat vasitələri barədə təqdim edilən məlumatların dairəsi genişləndirilir və məsul şəxslərdən avtomobilin qeydiyyat şəhadətnaməsində olan məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi tələb olunur. Bu dəyişiklik gömrük nəzarətinin daha dəqiq və şəffaf aparılmasını hədəfləyir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov demokrat.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, yeni dəyişikliklər gömrük sərhədindən keçən avtomobillər haqqında məlumatların əvvəlcədən bazaya işlənilməsini tələb edir. Bu, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki texniki göstəricilərin gömrük orqanlarına öncədən ötürülməsi deməkdir. Məqsəd isə sərhəddə yaranan süni tıxacların və uzunmüddətli yoxlamaların qarşısını almaqdır. Dominos pizza
“Əksinə, əsas məqsəd gömrük prosedurlarının daha çevik, operativ və effektiv şəkildə həyata keçirilməsidir. Yeni yanaşma yalnız texniki və inzibati proseslərin təkmilləşdirilməsinə xidmət edir. Bildirilib ki, bu dəyişikliklər heç bir halda ölkəyə idxal olunan avtomobillərin rəsmiləşdirilməsi prosesinə əlavə məhdudiyyətlər gətirmir və ya avtomobil bazarında hər hansı bir mənfi təsir yaratmır. Mövcud qaydalar öz mahiyyətini saxlayır. Sadəcə olaraq, gömrükdən keçid zamanı yaranan vaxt itkisinin minimuma endirilməsi, sənədləşmə işlərinin daha sürətli aparılması və ümumi prosesin sadələşdirilməsi nəzərdə tutulur. Bu, həm vətəndaşlar, həm də biznes subyektləri üçün daha rahat və səmərəli xidmət mühitinin formalaşdırılmasına yönəlib. Ümumilikdə, tətbiq edilən yeniliklər standart prosedurların optimallaşdırılması məqsədi daşıyır və sistemin daha şəffaf, daha sürətli işləməsinə şərait yaradır”.
Qanun layihəsinin qəbulu ilə gömrük nəzarəti daha dəqiq mexanizmlər üzərində qurulacaq. Bu isə həm fərdi şəxslərin, həm də iritutumlu yüklər daşıyan şirkətlərin sərhəd məntəqələrində gözləmə vaxtını bir neçə dəfə azaldacaq. Şəffaflığın artırılması həm də mümkün korrupsiya risklərini sıfıra endirməyə və sənədləşmənin rəqəmsal müstəvidə daha etibarlı idarə olunmasına imkan verəcək.
Qısası, gömrük qaydalarına edilən dəyişiklik sürücülərin işini çətinləşdirmək üçün deyil, sərhəddə sənədləşmə işlərini sürətləndirmək və vaxt itkisini azaltmaq üçündür.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












