Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur

Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması gündəmə gətirilməlidir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şurasının üzvü Fərid Kazımov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, yalnız aidiyyəti dövlət qurumlarının deyil, ümumiyyətlə, dilerlərin və istifadəçilərin çıxışı ola biləcəyi bir platforma olmalıdır:
"Orada avtomobil ölkəyə daxil olan zaman bütün məlumatlar, təmir məsələləri, qəzalar, avtomobilin sürücüləri kimlər olub və sair qeyd edilməlidir. Belə bir rəqəmsal pasport olsa, zənnimcə, çox yaxşı olar. Bu model artıq Avropada tətbiq olunur.
Bu nəyə kömək edəcək?
Məsələn, kimsə avtomobili servisdə təmir etdirirsə, həmin servisin təmir məlumatlarını rəqəmsal pasporta daxil etməsi üçün imkanlar yaradılmalıdır. Bu, avtomobil bazarını "boz kölgədən" bir az daha şəffaf müstəviyə çıxara bilər".
"Problemlərdən biri də ölkəyə avtomobil gətirilən zaman bəzi dilerlər tərəfindən dələduzluq hallarının olması ilə bağlıdır. Azərbaycanda daşınmaz əmlak sahəsində tətbiq olunan bir model var. Evi almamışdan qabaq pulu bank hesabına qoyursan, bütün sənədləşmə işləri həll olunandan sonra satıcı pulu götürə bilir. Bu model avtomobil sahəsində də tətbiq olunsun. Məsələn, 20-30 % avans birbaşa satıcıya verilmir, bank hesabında qalır. Avtomobil ölkəyə daxil olandan və alıcı onu təhvil alandan sonra satıcı həmin pulu bankdan çıxara bilir. Bu, daşınmaz əmlakdakı kimi bir modeldir. Düzdür, dilerlərin işinə bir az uyğun gəlməyə bilər, amma müəyyən mənada dələduzluğun qarşısını almaq üçün atılan addımlardan biri olar", - deyə ekspert əlavə edib.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












