Bakı parkinq probleminin öhdəsindən necə gələcək? - Avtomobil sayı sürətlə artır

Avtomobillərin sayının sürətlə artdığı bir dövrdə parklanma məsələsi şəhər həyatının ən aktual problemlərindən birinə çevrilib.
Mövcud parkinq siyasəti gələcək tələbatı qarşılaya biləcəkmi və bu sahədə hansı dəyişikliklərə ehtiyac var?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı parklanma sistemi ümumilikdə qənaətbəxş hesab oluna bilər.

Eldəniz Cəfərov
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən nizam-intizamın formalaşdığı açıq şəkildə görünür.
“Baxmayaraq ki, parklanma ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur, vətəndaşlardan avtomobillərin saxlanılması, cərimələr, yol xətlənməsi və nişanlanma ilə bağlı şikayətlər daxil olur, buna baxmayaraq mövcud sistem müsbət qiymətləndirilə bilər”.
Eldəniz Cəfərovun sözlərinə görə, parklanma ödənişlərinin qeyri-nağd formada həyata keçirilməsi hesabatlılığın və şəffaflığın artmasına səbəb olur.
“Bu yanaşma eyni zamanda parklanma nəzarətçilərinin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir”.
Ekspert əlavə edib ki, parklanma üzrə toplanan vəsait birbaşa müvafiq büdcəyə yönləndirilir və sonradan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xərclənir. Bu isə uzunmüddətli perspektivdə şəhər nəqliyyatının daha səmərəli və dayanıqlı şəkildə idarə olunmasına imkan yaradır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










