Bakıda bir gündə 6 “avtoş” saxlanıldı

Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalislərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı Sabunçu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin rayon ərazisində 6 avtoxuliqanı yaxalayıb. Avtosfer.az xəbər verir ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərdən Rəvan Qasımovun avtonəqliyyat vasitələrini idarə etmək hüququ 1 il məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs olunub. Digərləri Nadir Sultanov, Zaur Cabbarov, Sahib Cabbarov, Samir Əliyev və Əziz Rzayevin sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs olunub.
Saxlanılan avtoxuliqanlar barədə toplanan materiallar rayon məhkəməsinə göndərilib. Onlar qanunvericiliyin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində sürücülük hüquqları məhdudlaşdırılmaqla həbs olunublar.
Qeyd edək ki, avtoxuliqanlığa görə Yasamal rayonu ərazisində 2, Binəqədi rayonunda 1 avtoxuliqan müəyyən olunub. Onlar barəsində də toplanmış materiallar müvafiq rayon məhkəmələrinə göndərilib.
Elmin
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











