Bakıda cərimədən yayınmaq istəyən sürücülərin ağlagəlməz üsulu - VİDEO

Hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. İnstagram sosial şəbəkəsində açıq satılan xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlətmək mümkün olur. Məsələylə bağlı hüquq mühafizə orqanları da araşdırma aparır. Avtosfer.az xəbər verir ki, sürücüdə olan pultla avtomobilin nömrəsi anında bağlanılır. İstər avtomobil hərəkətdə olsun, istərsə də park edilmiş halda cəmi bir düymə ilə avtomobilin dövlət qeydiyyat nişanı gizlədilir. Son zamanlar instagram sosial şəbəkəsində bu cür elanlara tez-tez rast gəlmək mümkündür. Bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür.
Paylaşılan videolarda artıq bu nömərlərdən istifadə edənlərin olduğu da görünür. Hərçənd ki, satışla məşğul olanlar bu əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.
Əldə etdiyimiz məlumata görə, faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi














