Bakıda ən populyar miniveninin təqdimatı oludu - FOTO

“AvtoKapital Azərbaycan” Mercedes-Benz avtomobilləri üzrə Daimler AG-nin Baş nümayəndəliyi öz müştərilərinə yeni V-Classın bütün üstünlükləri ilə xoş atmosferdə tanış olmaq imkanı verib. Gözəl yay havası, üslublu sahilyanı Bilgah Beach Hotel restoranı və dəbdəbəli Mercedes-Benz V-Class miniveni – bütün bunlar ötən şənbə axşamı hər kəsə müsbət emosiyalar bəxş edən amillər oldu.
Çoxları hesab edir ki, həyatda uğur qazanmaq üçün başgicəlləndirən sürətlə hərəkət etmək, mümkün olmayanı da mümkün edib günün hüdudlarını 25 saata qədər genişləndirmək mütləqdir. Həyatı tam olaraq yaşayıb öz sürətini idarə edən kəs isə dəqiq bilir ki, nə zaman tam sürət yığmaq, nə zaman sürəti azaltmaq, nə zaman isə dayanıb, ətrafı seyr etmək, düşünüb düzgün qərar vermək üçün özünə vaxt ayırmaq lazımdır
V-Class sizin həyat sürətinizə uyğunlaşacaq. Onunla siz öz sürət amplitudanızı yaşayacaqsınız.
Məhz bu, V-Class ruhunda hərəkətdir.
Model yenilənmiş işıq diodlu optika, radiator və bamper üçün qəfəs almışdır, V-Classın kuzovunun rəng qamması və təkər disklərinin variantları genişlənmişdir. Minivenin salonunda ön panel dəyişmiş, ventilyasıyanın yeni havavuranları, yeni cihaz paneli, multimediya sistemi və multifunksiyalı sükan qoyulmuşdur. Miniven üçün yetərli olan aktiv təhlükəsizlik sistemilərinin siyahısı genişlənmişdir. Müştərilər modelin bir neçə tərtibat vaiantını seçə bilər (Avantgarde, Exclusive, AMG Line).
Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:
Autostar Kaukasus Теl: +994 12 496 50 50 / +99412 976
Abşeron Avtomobil Mərkəzi Теl: + 994 12 347 78 00
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ

















