Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Paytaxt Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilir. Avtosfer.az xəbər verir ki, bu məqsədlə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər təşkil edilmiş yüzlərlə parklanma yerini təhvil alıb. Agentliyin sektor müdiri Mais Ağayev deyib ki, hazırda parklanma yerləri mütəxəssislər tərəfindən təhlil edilir. Təhlillərdən sonra nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək. Bundan əlavə, parklanma yerləri ilə bağlı müxtəlif yeniliklər tətbiq ediləcək. Parkinq tariflərinə yenidən baxılacaq.
Sürücülər bildirirlər ki, hazırda paytaxtda olan parkinq yerlərinin bəziləri sıxlıq yaradır. Səbəb də onların düzgün yerdə təşkil edilməməsidir.
Bakı Nəqliyyat Agentliyinin hökumətə təqdim etdiyi təkliflər qəbul ediləcəyi təqdirdə hansı effekt verəcəyi maraqla gözlənilir.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












