Bakıda yollar yeni boya ilə rənglənir - VİDEO

Bakıda yollar yeni boya ilə rənglənir. Məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etməkdir.
Avtosfer.az-ın məlumatına görə, artıq paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, cizgi xətlərini yeni boya ilə əvəzləməkdə məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırımaqdır.
Qeyd edək ki, yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
İki komponentli boyaların əsas üstünlükləri, yüksək işıqqaytarıcılıq keyfiyyəti, işıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.
Qeyd edək ki, bu cür boya ilə artıq paytaxtın 14 küçəsində rənglənmə işləri aparılıb. Boya uzunömürlü olmaqla yanaşı, daha qalın olur və uzun müddət keyfiyyətini itirmir.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










