Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq - VİDEO

Paytaxtın Rəşid Behbudov küçəsində sürücülər yol nişanlanmasından narazıdırlar. Buna səbəb avtobus zolaqlarında qırıq xətlərin olmamasıdır. Nəticədə sürücülər sağa dönmə əməliyyatını birinci deyil, məhz ikinci zolaqdan yerinə yetirməli olurlar.
Maraqlıdır, sürücülər mövcud nişanlanma xətlərindən razıdırlar?
Avtosfer.az xəbər ki, sürücülərin sözlərinə görə, avtobus zolaqlarında qırıq xətlər olsa, məsələn, həmin zolağa daxil olaraq dönüş etmək daha rahat olar. Onların sözlərinə görə, 5.8.1 yol nişanlarının tətbiqi də vəziyyəti yaxşılaşdıra bilər.
Digər sürücü qeyd edir ki, yol enli olduqda zolaqlar maneə yaratmır, lakin bəzi küçələr kifayət qədər ensizdir və bu da hərəkəti çətinləşdirir.
Başqa bir sürücü isə yaşadığı çətinliyi belə izah edir:
"Bir dəfə məni çaşdırdı. Sahil metrosunun qarşısında hərəkət edirdim. Qarşıda svetofor var idi. Sağ tərəfdə isə asfaltın üzərində ox işarəsi mənə doğru istiqamətlənmişdi. Əvvəllər oradan qarşıdan gələn maşınlar üçün yol var idi. İndi isə sxemi dəyişiblər. O ox işarəsini oradan götürmək lazımdır".
Ekspertlərin sözlərinə görə, yol nişanları ilə yol cizgiləri arasında uyğunsuzluq sürücülərdə çaşqınlıq yaradır. Eyni zamanda, keyfiyyətsiz və tez silinən boyalardan istifadə olunması da narahatlıq doğurur.
Mütəxəssislər bildirirlər ki, sürücülərin ən çox üzləşdiyi problem sola və sağa dönmə zamanı yaranır. Qanunvericiliyə əsasən, 5.8.1 nişanı sürücünü əvvəlcədən düzgün zolaq seçimi barədə məlumatlandırmalıdır.
Lakin bu nişan bir çox yerlərdə mövcud deyil. Nəticədə sürücü sol zolaqla hərəkət edir, lakin kəsişməyə çatanda məlum olur ki, həmin zolaq yalnız sola dönmək üçündür. Bəzi hallarda isə nişanlanma ilə yol nişanları bir-birinə uyğun gəlmir - biri düz getməyi, digəri isə dönməyi göstərir. Bu da sürücülərin lüzumsuz cərimələnməsinə və hətta yol-nəqliyyat hadisələrinə səbəb olur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, xüsusi hərəkət zolaqlarının mövcud olduğu küçələrdə sağa dönmək istəyən nəqliyyat vasitələri həmin zolaqda hərəkət edən ictimai nəqliyyatın üstünlüyünü nəzərə almalı, onlara yol verməli və kəsişmələrdə birbaşa ikinci zolaqdan sağa dönməlidirlər. Bu üsul beynəlxalq təcrübədə geniş tətbiq olunur.
Çünki avtomobillərin avtobus zolağına daxil olması ictimai nəqliyyatın hərəkətini ləngidə bilər.
Beləliklə, yol nişanlanması ilə bağlı uyğunsuzluqlar sürücülərdə çaşqınlıq yaradır və qəza riskini artırır. Mütəxəssislər nişan və yol cizgiləri arasında uyğunluğun təmin olunmasını, eləcə də bəzi ərazilərdə yenidən nişanlanma işlərinin aparılmasını vacib hesab edirlər.
Daha ətraflı AzTV-nin süjetində:
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










