"Betmən"in avtomobili satışa çıxarılıb - FOTO

CSL Batmobil modeli satışa çıxarılıb. Avtomobil 57 nüsxədə buraxılıb və onlardan dördü satışa çıxarılmış modelin rəngində olub.
Kupe E9 modelinin bazasında inşa edilib və yarışlarda iştirak etmək üçün bir sıra təkmilləşdirmələrə məruz qalıb. Kupe yaşıl rəngə boyanıb. Zavoddan avtomobillər 3,0-litrlik sıralı altısilindrli mühərrik ilə buraxılıblar. Lakin, kupenin keçmiş sahiblərindən biri onu 3,5-litrlik mühərrik ilə təchiz edib.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, "Bətmobilin" indiki sahibi yenidən avtomobilin mühərrikini 3,2-litrlik aqreqatla əvəzləyib. Mühərriki Terry Tine Performance Motors atelyesi hazırlayıb. Atelye mütəxəssisləri 1973-cü ilin orijinal silindr başlığından və blokundan istifadə ediblər. Güc aqreqatı dörd pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.
2015-ci ildə avtomobilin sahibi onu tam bərpa etdirərək, orijinal Taiga Metallic rənginə boyatdırıb. Avtomobilin zavod Batmobil aerodinamik kuzov dəsti qorunub-saxlanılıb. Bu dəstin tərkibinə ön splitter, iri təkər diskləri və genişlənmiş təkər tağları daxildir. Avtomobilin yürüyüşü 74 min kilometrdir.
Avtomobil müxtəlif müsabiqələrdə və sərgilərdə iştirak etməyə vaxt da tapıb. 2015-ci ildə kupe Montereydə keçirilən "Avtobanın əfasanəsi" müsabiqəsində qalib gəlib. Bu il isə, avtomobil San-Marinoda keçirilən klassik avtomobillər müsabiqəsində öz sinifində üçüncü yeri tutub.
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır















