Bloqer “Changan”dan şikayət etdi - Sanki "Zapı" sürürəm

Bloqer Şəfa Tağıyeva istifadə etdiyi "Changan" markalı avtomobillə bağlı problemlər yaşadığını bildirib.
Avtosfer.az xəbər verir ki, o, avtomobili ilə qəza etdikdən sonra maşını servisə göndərib.
Bildirir ki, sağ fara və bufer dəyişdirildikdən sonra avtomobildə əlavə problemlər yaranıb.
Bloqer qeyd edir ki, sonradan avtomobildə qapının açılmaması, arxa kameranın işləməməsi, ən əsası əyləcin işləməməsi kimi problemlər ortaya çıxıb. Bu vəziyyətdən sonra bir neçə dəfə qəza şəraiti ilə üzləşib:
"Maşının qapısı açılmır, gərək kimsə içəridən açsın. Sanki "Zapı" sürürəm. Nə ediblərsə, kamera da işləmir. Mənimlə çox hörmətsiz danışdılar. Rəhbərlik özü də servisdən narazı olduğunu bildirmişdi. Buna baxmayaraq, sonda məni yalançı çıxartdılar.
Mənə zəng edib dedilər ki, əyləc işləmir, sifariş etmişik, gələcək, avtomobil qalsın. Mən isə gözləməyə razı olmadım. Mənə ərizə yazdırdılar ki, bu halda maşını sürməyə razıyam. Daha sonra yenə zəng edib problemləri bildirdim və yenidən getdim. Maşına aparat qoşub dedilər ki, əyləcdə problem yoxdur. Hətta bildirdilər ki, "xanım problemli idi, özümüz demişdik maşın 2 ay qalsın". Əgər hər şey qaydasındadırsa, bəs mən niyə qəza şəraiti ilə üzləşmişəm? Maşını götürməyə gedəndə dedilər ki, akkumulyatorda problem var, aparın, 2 saatdan sonra yolda qalacaq və evakuatorla göndərərsiniz. Əgər dəyişilməlidirsə, dəyişin də. Mən bu maşını 6 il zəmanətlə almışam. Necə deyə bilərlər ki, 2 saatdan sonra problem çıxacaq? Heç bir problemi olmayan maşınımı bu gün bu vəziyyətə salıblar. 6 il zəmanətlə maşın satırlar, amma servisdə problem olmadığını deyirlər".
Ş.Tağıyeva avtomobildə bunlar kimi 16 problemin yarandığını da qeyd edib./Milli.az
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










