"BMW" ilə 2 təkər üstə 371 kilometr

Avtomobilin 2 təkər üstündə uzun müddət idarə edilməsi Ginnesin rekordlar kitabına düşüb.
Avtosfer.az xəbər verir ki, bu rekord 2009-cu ildə İtaliyada qeydə alınıb. Pilot Mikele Pilia BMW markalı avtomobillə Kalyari şəhəri stadionunda şou göstərib. O, şou zamanı ümumilikdə 371 kilometr yolu 2 təkər üstə qət edib.
Belə uzun müddət 2 təkər üstündə getmək üçün avtomobilə əlavə yanacaq çəni və özükilidlənən diferensial quraşdırılıb.
QEYD: Avtomobilin dönə bilməsi üçün diferensial mexanizm vacib elementdir. Bunun sayəsində təkərlər fərqli sürətlə və fərqli bucaq altında hərəkət edə bilir. Adi diferensial mühərrik gücünü daha az yük düşən təkərə ötürür. Lakin, çətin yollarda, yaxud təkərin birinin boşluğa düşdüyü zaman adi diferensial aciz qalır. Belə hallarda özükilidlənən, yaxud məcburi kilidlənən diferensial mexanizmə ehtiyac duyulur. İndi mülki texnikalar arasında Mercedes və ya Ford Transit modellərində bu sistem standart tətbiq olunur. Hərbi avtomobillərdə isə modeldən asılı olaraq özükilidlənən, yaxud məcburi kilidlənən diferensial mütləq şəkildə quraşdırılır.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












