BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib.
Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktlar uzun müddət nəmə məruz qaldıqda korroziyaya uğraya bilər ki, bu da qısaqapanmaya səbəb ola bilər. Nəticədə alovlanma riski yaranır.
Geri çağırılma 29 iyul 2014-cü ildən 12 noyabr 2020-ci ilədək istehsal edilmiş avtomobillərə şamil olunur. 3 seriyası üçün bu, "F30" nəslini və növbəti "G20" nəslinin ilk avtomobillərini əhatə edir. 5 seriyası üçün geri çağırılma "F10" və "G30" nəsillərini, 7 seriyası üçün isə "F01/F02" və "G11/G12" nəsillərini əhatə edir.
Yuxarıda sadalanan seriyalara və buraxılış illərinə aid avtomobillərin sahiblərinə geri çağırılmanın konkret avtomobilə şamil olunub-olunmadığını VIN üzrə yoxlamaq məsləhət görülür. Zərurət yarandığı halda, BMW suyun daxil olması problemini aradan qaldırmaq üçün starteri dəyişdirəcək. (Oxu.Az)
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












