"BMW"nin mənfəəti 26,4 faiz azalıb

Almaniyanın “BMW Group” avtomobil konserninin mənfəəti 2025-ci ilin ilk rübündə 2,2 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz azdır.
Avtosfer.az xəbər verir ki, bu barədə kompaniyanın maliyyə hesabatında deyilir.
Hesabata görə, "BMW" Avropa və ABŞ-da satışlarını bir qədər artırmağa nail olsa da, Çində satışlar 17 faizdən çox azalıb. Hazırda avtomobil biznesində rentabellik 6,9 faizdir ki, bu da 2024-cü ildəki göstəricidən 1,9 faiz aşağıdır.
ABŞ-ın tətbiq etdiyi tariflərə baxmayaraq, "BMW" mənfəətinin 2024-cü ildəki 11 milyard avro səviyyəsində qalacağını proqnozlaşdırır. Kompaniya tarif artımının müvəqqəti olacağını və 2025-ci ilin iyul ayından etibarən azaldılacağını gözləyir.
Almaniyanın digər avtomobil istehsalçısı “Mercedes-Benz” də cari ilin ilk rübündə mənfəətini əhəmiyyətli dərəcədə - 43 faiz (1,73 milyard avroyadək) itirib.
Qeyd edək ki, hazırda Almaniyanın avtomobil sənayesi kəskin böhran dövrünü yaşayır. Ekspertlər bunu Çin və Avropa İttifaqı arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi ilə əlaqələndirir. “Mercedes-Benz”, “Volkswagen”, BMW, “Audi” və “Porsche” kompaniyaları 2024-cü ildə mənfəətlərinin kəskin azaldığını bildiriblər.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












