Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

"RM Sotheby's" hərrac evinin oktyabrın 31-də Londonda keçirəcəyi hərracda Bruney kral ailəsinə məxsus son dərəcə nadir "Lamborghini Diablo SE30" superkarı satışa çıxarılacaq.
Avtosfer.az Auto.ru-ya istinadən xəbər verir ki, ekspertlər avtomobilin dəyərini 1.2-1.6 milyon funt sterlinq (təxminən 2.7-3.6 milyon manat) aralığında qiymətləndirirlər.
Bu xüsusi "Diablo SE30" versiyası 1993-cü ildə "Lamborghini" brendinin 30 illik yubileyi münasibətilə cəmi 150 nüsxədə istehsal edilib.
5.7 litrlik V12 mühərriki ilə təchiz olunmuş bu model 525 at gücünə malikdir. Avtomobil 100 km/saat sürəti cəmi 4 saniyəyə yığır, maksimal sürəti isə 320 km/saat təşkil edir.
Satışa çıxarılan bu konkret avtomobil dünyada analoqu olmayan unikallığa malikdir. "Bianco Impacto" ağ rəngli kuzov və göy rəngli "alkantara" salon kombinasiyasına sahib cəmi dörd SE30 istehsal edilsə də, onların arasında sağsükanlı olan yeganə nüsxə məhz Bruney kral ailəsi üçün hazırlanan bu maşındır. 2002-ci ildə Yeni Zelandiyaya aparılan, 2006-cı ildən isə indiki sahibində olan avtomobilin yürüşü cəmi 12.4 min kilometrdir.
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
















