Bu avtomobillər geri qaytarılır - SƏBƏB

Çinin S, K və T modelli "Changan Uni" avtomobilləri oturacaqların arxa dizaynının düzgün olmaması səbəbindən Rusiyada satışdan geri çağırıla bilər.
Avtosfer.az xəbər verir ki, qəza zamanı bu, onurğa sütununun sıxılması ilə nəticələnə bilər.
Yayımlanan videoda kiçik qəzadan sonra “Changan Uni-S”nin arxa hissəsi dəhşətli əzilib və sürücü oturacağının arxası jele kimi əks istiqamətə əyilməyə başlayıb.
Zərərçəkənlər Milli Avtomobil İttifaqına (NAU) müraciət edərək, "Changan" avtomobillərinin təhlükəsizlik və zərbəyə davamlılıq baxımından yoxlanılmasını təşkil etmək üçün müraciət ediblər. NAU öz növbəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Federal Agentliyin rəhbərinə məktub göndərib. Oturacaqlar təhlükəsizlik testindən keçə bilməzsə, avtomobillər bazardan çıxarılacaq.
"Changan Uni-S" avtomobili Rusiyanın ən populyar 5 avtomobili sırasındadır və 2024-cü ildə S, K və T modellərinin satışı müvafiq olaraq 109, 129 və 11 faiz artıb.
(News24.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












