Bu avtomobillər ucuzlaşacaq

Son günlər ikinci əl avtomobil bazarında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Bir çox alıcı və satıcılar qiymətlərin əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşdüyünü bildirirlər. Xüsusilə son aylarda maşın almaq istəyən şəxslər üçün daha sərfəli imkanlar yaranıb. Bəzi avtomobillərin qiymətində kəskin endirimlər qeydə alınıb ki, bu da alıcıların marağına səbəb olub, satıcıları isə çıxılmaz vəziyyətə salıb.
Bazarda yaranan bu enişin arxasında hansı amillər dayanır? Qiymətlərin düşməsi müvəqqəti tendensiyadır, yoxsa bu, uzunmüddətli prosesin başlanğıcıdır?
Mövzu ilə bağlı "MasterClass" layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu baş verənləri təhlil edərək maraqlı məqamlara toxunub.
Onun sözlərinə görə, Çindən yeni maşınların daha ucuz qiymətə gəlməsi ölkəmizdəki ikinci əl maşın bazarında qiymətlərin enməsinə gətirib çıxarır:
“20 min manata Çindən yeni maşın almaq imkanı yaranıb. Ona görə də adamlar fikirləşirlər ki, mən bu pulu aparıb 10 ilin maşınlarına niyə verim ki, ondansa bir yeni maşın alım. Bu da ikinci əl bazarına ciddi təsir göstərir. Əslində, əvvəl kifayət qədər qiymətlər baha idi, indi öz təbii qiymətinə satılır”.
Mütəxəssis qeyd edib ki, gələn il yanvarda hibrid elektromobillərə olan güzəşt dövrü bitir:
“Bundan sonra qiymətlərin artıb-artmayacağı hələ bilinmir. Hər halda elektromobillərə güzəşt qalmalıdır, amma ola bilər ki, hibridləri yığışdırsınlar. Yenə də bu hələ dəqiq deyil. Sadəcə belə bir ehtimal var deyə baxırıq ki, bəzən bu ajiotajı yaradırlar və bir çox iş adamları daha çox maşın gətirməyə başlayıblar. Bu da bazarda təklifi çoxaldır, rəqabətə səbəb olur. Beləliklə, insanlar digər maşınları almaq istəmirlər”.(sfera.az)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












