Bu ilin yanvar-avqust ayları ərzində nə qədər nəqliyyat vasitəsi özəlləşdirilib?

Bu ilin yanvar-avqust ayları ərzində 695 nəqliyyat vasitəsi özəlləşdirilib.
Avtosfer.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, qurum tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 152.5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda üç səhmdar cəmiyyətinin səhm paketi, iki kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114.7 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 363-ü qeyri-yaşayış, 2.590-nı torpaq sahələri üzrə olmaqla 2.953 yeni icarə müqaviləsi bağlanılıb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












