Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR

Azərbaycanda 2060-cı ilədək atmosferə atılan karbon emissiyalarının xalis sıfır səviyyəsinə endirilməsi hədəfi müəyyənləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarda 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, hazırda benzin mühərrikli maşınlar hibridlərdən olduqca ucuz satılır:
“Bu qərardan xəbərim var. Təbii ki, hədəfləri yaxşıdır, gözəldir. Amma burada hər şey gedişata bağlı olacaq.
İndi olmasa da, tədricən, yavaş benzin və dizellə işləyən avtomobilləri saxlamaq vətəndaşlar üçün çətinliyə çevrilə bilər. Hazırda ölkəyə gətirilən avtomobillərdə əks tendensiya müşahidə olunur.
Bu dəqiqə benzin mühərrikli maşın hibriddən daha ucuz gəlir. Çünki hibrid və elektromobillərlə bağlı stimullaşdırıcı qayda aradan qalxıb. Hazırda verilən qərarla o stimulun aradan qalxması bir-birinin əksidir.
Siz indi bazara getsəniz, eyni markalı avtomobilin benzin mühərriklisi hibridindən 5, 7 hətta 8 min manat daha ucuzdur. Müştəri də məhz ilkin emosiyadan qərar verir. Alıcı düşünür ki, niyə 8 min artıq pul verib hibrid alım ki? Elə benzin mühərrikli alıram da”.
Ekspert əlavə edib ki, hibrid benzin və dizelə nisbətən daha əlverişli alternativdir:
“Biz daxili bazardakı real vəziyyətə baxsaq, tendensiya tamamilə tərsinə gedir. Hibrid benzin və dizelə nisbətən daha əlverişli alternativdir. İnsanlar onsuz da hibrid maşınlara meyillənmişdi. Amma indi qiymətlər qalxdığı üçün, burada vəziyyət tərsinədir.
Elektromobillərə gəlincə, sürücülər arasında belə maşınlar artır. Amma bu maşınların da öz qayğıları var. Burada mental məsələləri də danmaq olmaz. Heç də hər adam elektromobil istəmir. Bəziləri bunu ikinci maşın kimi sürür.
Bir çoxlarının isə elektromobilləri saxlamaq üçün şəraiti yoxdur. Biz xidməti təyinatlı dövlət maşınlarını elektromobil görəndə, o zaman deyə bilərik ki, burada əməlli-başlı stimul var. Amma hələki belə bir nümunə yoxdur. 2060-a çox var. Amma hətta 2030-u hədəfləyən Avropa ölkələri belə bu məsələdə yüz faizlik nəticə tapmayıb”./yenisabah
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Dizel avtomobillərin sonu yaxınlaşır... - Bu tarixdən dövriyyədən çıxarılacaqlar
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik












