Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR

Azərbaycanın ikinci əl avtomobil bazarında məşhur "LADA (VAZ) Niva" modelinin qiymətlərində kəskin artım müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, satış saytlarında yerləşdirilən elanlara nəzər saldıqda, son model və az yürüşlü "Niva"ların qiymətinin fantastik həddə yüksəldiyi aydın görünür.
Belə ki, istismar olunmuş 2024–2025-ci il buraxılışlı "Niva" avtomobillərinin qiymətləri artıq 25 000 manatdan başlayaraq 31 400 manatadək dəyişir. Bakı, Gəncə, Sumqayıt və Xaçmaz kimi şəhərlərdən təqdim olunan elanlarda 15-35 min kilometr yürüşü olan modellər üçün tələb olunan məbləğlərin yüksəkliyi alıcıların diqqətindən yayınmır.
Ekspertlər "Niva" modellərindəki bu kəskin bahalaşmanı tələbatın yüksək olması, yeni avtomobil idxalındakı qiymət artımları və yerli bazardakı ümumi bahalaşma meylləri ilə əlaqələndirirlər./yenisabah




Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












