Bu ölkədə ən çox yayılmış maşın "VAZ-2107" oldu

Rusiyada Lada markasından olan avtomobillərin geniş yayılması kimdəsə təəccüb doğurmamalıdır. Lakin, bir incə məqam da var.
Avtosfer.az xəbər verir ki, “Rosstat”ın statistikasına görə federasiyada 12, 4 milyon ədəd VAZ avtomobili (bütün modellər daxil) var. İkinci yerdə isə təxminən 4 milyon maşınla Toyota gəlir.
İşin ən maraqlı məqamı ölkədə ən geniş yayılmış modelin VAZ-2107 olmasıdır. İyulun 1-ə olan statistikaya görə Rusiyada bu modeldən olan avtomobil sayı 1 176 933 ədəddir. Avtomobil 1982-2012-ci illərdə istehsal olunub. Yəni, ən təzə model 13 yaşında olduğunu nəzərə alsaq, Rusiyadakı avtoparkın vəziyyətini təsəvvür etmək o qədər də çətin olmaz.
İstehsalın son illərində bu maşını əsasən miqrantlar yük daşımaq üçün alırdılar. Böyük şəhərlərdə bu maşına nadir hallarda rast gəlinir. Ucqarlarda isə geniş yayılmış gündəlik nəqliyyat vasitəsi olaraq qalır.
Statistika polisin uçotunda olan maşınların sayını əks etdirir. Lakin istismarda olan real avtomobil sayı məlum deyil. Bir çox maşın metallomda, yaxud açıq havada ömrünü başa vursa da, polisin uçotunda qalır.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












