Bu ölkədə polis “SATILIR” elanlı avtomobilləri müsadirə edir

Hər bir ölkənin özünəməxsus qanunları var. Kiməsə adi olan, bizə qəribə gələ bilər.
Avtosfer.az xəbər verir ki, belə qəribə qaydalardan biri də Fransadadır. Bu ölkədə avtomobilin üzərinə müvafiq icazə olmadan “SATILIR” (A VENDRE) yazmaq cinayət tərkibi yaradır. Fransa Cinayət Məcəlləsinin 644-cü maddəsinə görə, bu əməl küçə ticarətinə bərabər tutulur.
Bu cür elanla avtomobili idarə edən və ya parkinqdə saxlayan şəxsi 750 avro cərimə gözləyir. İşin hallarından asılı olaraq avtomobil müsadirə edilə də bilər.
Eyni əməl təkrar törədildikdə cərimə 3750 avrodur. Bəs maşını satmaq istəyən şəxs nə etməlidir?
Onlayn platformalarda elan vermək, yaxud lisenziyalı satış mərkəzləri vasitəsi ilə avtomobil satmaqla bağlı məhdudiyyət yoxdur. Kimsə israrla avtomobilin üzərinə “SATILIR” yazaraq hərəkət etmək istəyirsə, o zaman yerli bələdiyyədən müəyyən müddətə icazə almalıdır. Bələdiyyələr adətən müraciəti araşdıraraq 1 həftə ərzində cavab verir. Bunun üçün rüsum ödənilmir.
Belə bir haqlı sual da doğur: Avropanın ortasında, Mülki Məcəllənin vətənində bu qədər bürokratiyaya nə ehtiyac var?
Təcrübə göstərir ki var: bələdiyyə müraciət edilmiş avtomobilin tarixçəsini araşdırdıqdan sonra “SATILIR” elanına razılıq verilib-verilməməsi barədə qərar verir. Məqsəd alıcıları qorumaqdır.
Vüqar Yaşaroğlu
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












