Bu ölkədə sürücülük yaşına ciddi məhdudiyyət qoyuldu

Avropa İttifaqında yaşlı insanların avtomobil idarə etməsi ilə bağlı müzakirələr aktuallaşır. Rəsmi Brüssel bu məsələdə üzv ölkələri tələsdirir. Əhalinin sürətlə qocalması da siyasətçiləri narahat edir.
Avtosfer.az xəbər verir ki, 2030-cu ilədək Avropada sürücülərin 30 faizdən çoxunu yaşlılar təşkil edəcək. Bu da, yollarda qəza riskini ciddi şəkildə artıracaq.
Brüssel, Berlin və Parisdə qızğın müzakirələr getdiyi anda, Romada daha konkret addım atılıb. İtaliya hökuməti yaşı 68-i ötmüş şəxslər üçün C və CE kateqoriyalarını ləğv edib.
Yəni, bu yaşı keçənlər avtobus, yük avtomobili, qoşqu və ya yarımqoşqulu nəqliyyat vasitəsi idarə edə bilməzlər. Vəsiqələr ləğv edilərkən sağlamlıq və təcrübə nəzərə alınmır. İtaliyalı ekspertlər bu qənaətdədirlər ki, 30-40 tonluq avtomobil nə qədər komfortlu olsa da, 70 yaşlı adamın onu idarə etməsi çətindir. Çünki reaksiya müddəti azalıb, görmə qabiliyyəti zəifləyib.
Qaydanı pozanları 1200 avro cərimə gözləyir. Bundan əlavə, şəxsi avtomobili olanlar 60 yaşdan sonra, peşəkar sürücülər isə 50 yaşdan sonra daha müntəzəm tibbi baxışdan keçməlidirlər.
Vüqar Yaşaroğlu
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











