Bu ölkənin yollarında avtomobillərin sayı kəskin şəkildə artıb: Səbəb nədir?

Şimali Koreyada avtomobillərin sayında qəfil artım müşahidə olunur. Ölkə uzun müddət izolyasiya səbəbindən demək olar ki, boş yolları ilə tanınırdı və bu dəyişiklik diqqət çəkib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Supercar Blondie” yazır.
Qeyd olunur ki, Şimali Koreya illərlə dünyada ən aşağı avtomobil sahibliyi səviyyəsinə malik ölkə sayılıb. Burada uzun müddət bir çox vətəndaş üçün şəxsi avtomobil sahibi olmaq qadağan edilmişdi. "Reuters” agentliyinin məlumatına görə, son vaxtlar Şimali Koreyada şəxsi avtomobil sahibliyinə qoyulan məhdudiyyətlər yumşaldılıb. Artıq sürücülük vəsiqəsi olan vətəndaşlar dövlət tərəfindən sertifikatlaşdırılmış dilerlər vasitəsilə bir ailə üçün bir avtomobil ala bilirlər. Agentlik bildirir ki, qadağanın ləğvindən sonra ölkədə yol hərəkətinin intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. Bəzi turistlər artıq tıxacların və parklanma yerlərinin çatışmazlığının müşahidə olunduğunu deyirlər.
Məlumata görə, Şimali Koreya bazarında avtomobillərin əsas təchizatçısı Çin şirkətləridir. Eyni zamanda avtomobillərlə bağlı məhsullara tələbat da artıb. Jurnalistlər qeyd ediblər ki, minik avtomobilləri üçün yeni təkər tədarükü pandemiyadan əvvəlki orta göstəricilərlə müqayisədə 88% artıb. Turistlər artıq Pxenyanda "Chery”, "Geely”, "BMW” və "Audi” markalı avtomobilləri görüblər. "BMW” və "Audi” nümayəndələri jurnalistlərə bildiriblər ki, onların avtomobillərinin Şimali Koreyada istifadə olunması barədə məlumatları yoxdur. Agentlik əlavə edib ki, ölkədə bir çox avtomobilin artıq sarı nömrə nişanları var. Bu nişanlar həmin avtomobillərin şəxsi mülkiyyət olduğunu göstərir.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












