Bu qurğu istənilən avtomobilin qapısını aça bilir – TƏHLÜKƏDƏ OLAN MODELLƏR - FOTO

İnternetdə açıq satışda olan “Flipper” adlı qurğu avtomobil sahibləri üçün real təhlükəyə çevrilib.
Avtosfer.az xəbər verir ki, bu qurğu əvvəllər elektron sistemlərin etibarlılığını yoxlamaq üçün istifadə edilib. Onda oyun və tədris məqsədi iləı istifadə edilir. Bir sözlə, ilk baxışda təəccüblü heç nə yoxdur.
Lakin, Avropada son aylarda belə bir tendensiya müşahidə edilir: xakerlər bu qurğuya xüsusi proqram yazaraq avtomobillərin mərkəzi kilidini açmaqda istifadə edirlər.

İş prinsipi də çox sadədir: sürücü avtomobilin qapılarını açmaq və ya bağlamaq üçün pultun düyməsinə basdıqda ətrafa radiosiqnallar yayılır.
“Flipper” bu siqnalları tutaraq yadda saxlayır və klonlaşdırır. Tezliyin tutulması nəticəsində avtomobilin qapılarını orijinal açardakı kimi asanlıqla açmaq mümkündür.
Siqnalların klonlaşdırılmasından ən çox təhlükədə olan markalar “Ford”, “Audi”, “Volkswagen”, “Citroën”, “Renault”, “Hyundai” və “Kia”dır.
Avropalı ekspertlər bildirirlər ki, bu cür qurğular çoxdan mövcuddur. Əsas narahatlıqverici məqam onların kütləviləşməsidir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












