BYD 100 min km-dən sonra özünü necə göstərir? - VİDEO

Avtomobil alıcılarının ən çox verdiyi suallardan birinə BYD Abşeron (@byd_absheron) aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, BYD Abşeron komandası 110 000 km-dən çox yol qət etmiş BYD Destroyer 05 modelinin sahibi Nurlan bəy ilə xüsusi reportaj hazırlayıb.
Nurlan bəy bildirib ki, avtomobili 2024-cü ilin sentyabr ayında alıb və artıq 1 ildən çoxdur idarə edir. Bu müddətdə avtomobilin yürüyüşü 110 204 km-ə çatıb.
Ən çox maraq doğuran məsələlərdən biri olan yanacaq sərfiyyatı ilə bağlı Nurlan bəy belə deyir:
• Şəhər içi: 3,5 litr
• Magistral: 4-5 litr
Bu göstəricilər BYD-nin qənaətcil və səmərəli olduğunu təsdiqləyir.
110 000 km-dən sonra belə, avtomobil sahibi bildirir ki, heç bir detal dəyişdirilməyib və indiyə qədər ciddi nasazlıq olmayıb.
Batareyalar barədə sualı cavablandıran Nurlan bəy qeyd edir:
“Batareyalarda heç bir dəyişiklik yoxdur. Mənzil hava şəraitindən asılıdır. Yayda 60-70 km, qışda isə 50-55 km arasında dəyişir.”
Maraqlı məqam odur ki, Nurlan bəy yalnız bir BYD ilə kifayətlənməyib. O, artıq ikinci BYD avtomobilini də alıb.
Onun sözlərinə görə:
“BYD almaq istəyənlərə tövsiyəm odur ki, düşünmədən ala bilərlər.”
110 000 km real sürüş təcrübəsi göstərir ki, BYD avtomobilləri yalnız yeni olduqda deyil, uzunmüddətli istifadə zamanı da etibarlı və qənaətcil seçimdir.
Azərbaycanda BYD markasının rəsmi nümayəndəsi olan Group Motors şirkəti eyni zamanda Toyota Abşeron, Ford, Subaru, Mazda, Mitsubishi və Honda kimi dünya brendlərinin rəsmi nümayəndəsidir. Masazır dairəsində Sumqayıt şosesi 6-cı km ünvanında fəaliyyətə başlayacaq BYD Abşeron mərkəzi 1100 kv.m satış salonu, 700 kv.m servis zonası və 660 kv.m ehtiyat hissə anbarı ilə alıcılara xidmət edəcək. Burada təqdim ediləcək bütün avtomobillərə 6 il və ya 150 000 km rəsmi zəmanət veriləcək, eyni zamanda rəsmi servis və ehtiyat hissələri ilə müştərilərə tam dəstək göstəriləcək.
BYD Abşeronun hazırlıq prosesi göstərir ki, Azərbaycanda hər ailənin bir BYD-si olacaq!
Əlaqə - 969
Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?
Avtomobil idxalına görə rüsumlar 25 faiz artırılacaq
Süni intellekt avtomobil dələduzlarının xidmətində
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO
Rusiyanın tanınmış avtomobil istehsalçısının növbəti geriləməsi
Azərbaycanda bu avtomobillər bahalaşdı
Avtomobilləriniz dövlət mülkiyyətinə keçə bilər - XƏBƏRDARLIQ
Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər
“Niva”nın 49 yaşı tamam oldu - FOTO
Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? - AÇIQLAMA








