"BYD" milyardlıq vədlərini yerinə yetirmir

Çinin avtomobil sənayesi sınaq dövründə olduğu vaxtda böyük istehsalçılarla bağlı maraqlı proseslər baş verir. Hökumət daxili bazarda bəzi xırda istehsalçıların sıradan çıxmasını, daha doğrusu təmərküzləşməsini istədiyi halda, böyük istehsalçılar xarici bazarlarda problemlərlə qarşılaşırlar.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, qlobal elektromobil istehsalçısı "BYD" 3 ölkədə investisiya layihələrini icra etmir. Bu günlərdə şirkətin Türkiyədə tikdiyi zavodda işlərin dayandığı məlum olub. Müəssisədə ildə 150 min elektromobil istehsalı nəzərdə tutulurdu. Tikintisi 2024-cü ildə başlayan zavod 2026-cı ildə istehsala start verməli idi. İndi isə açılış qeyri-müəyyən vaxta təxirə salınıb. Türkiyənin İnfrastruktur Nazirliyi gecikmə halında "BYD"-yə sanksiya tətbiq ediləcəyini bildirib.
Oxşar vəziyyət Macarıstanda da müşahidə olunur. “Reuters”in məlumatına görə, 2025-ci ildə hazır olması planlaşdırılmış zavodun bu il istehsala başlaması real görünmür. İspaniyada inşası nəzərdə tutulan zavodda da vəziyyət eynidir.
"BYD" Avropa İttifaqında zavodları rüsumdan azad olmaq üçün tikdiyi halda, Türkiyədəki zavoda məqsəd ucuz işçi qüvvəsidir. Avropalı iqtisadçılar tikintilərin gecikməsini çinli istehsalçının tərəddüdləri ilə izah edirlər.
"BYD" özü isə məsələ ilə bağlı mediaya danışmaqdan imtina edir.
Vüqar
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












